image-timthumb-3backend

Tramp: Mən  İngiltərənin baş məşqçisi olsaydım…

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp İngiltərənin 2026-cı il Dünya Kubokunun yarımfinalında Argentinaya məğlub olmasının mümkün səbəblərinə toxunub. Korrekt.az xəbər verir ki, ABŞ prezidenti futbol haqqında çox şey başa düşmədiyini etiraf edib.

Tramp İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin Argentinaya qarşı oyunda hücumçu Harri Keyni müdafiəyə keçirməməli olduğunu irəli sürdü.
“Düşünürəm ki, onu müdafiə oyunçusu etməklə yəqin ki, səhv ediblər. Mən  İngiltərənin baş məşqçisi olsaydım , qalib gələrdim. Bəs futbol haqqında başqa nə bilirəm? Bu barədə şərh verməyəcəyəm”, – Tramp FIFA prezidenti Canni İnfantino ilə birgə mətbuat konfransında bildirib.
ABŞ lideri həmçinin bir vaxtlar Keynlə qolf oynadığını xatırladaraq onu əla futbolçu kimi xarakterizə edib.

Xatırladaq ki, ingilislər matçın 85-ci dəqiqəsinə qədər 1-0 hesabı ilə öndə idilər, lakin oyunun sonunda iki avtoqol buraxaraq Argentinaya 1-2 hesabı ilə məğlub oldular.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki