image-1backend

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verməkdən imtina etdi: “Niyə istefa verim ki?”  

image-ads-728x90

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu son uğursuz nəticələrdən sonra səslənən tənqidlərə və istefa çağırışlarına münasibət bildirib.

Korrekt.az xəbər verir ki, Hacıosmanoğlu bildirib ki, milli komandanın gənc futbolçularını qorummaq üçün tənqidləri öz üzərinə götürməyə çalışıb.

“Ahmet Çakar ‘bunlar bizim uşaqlar deyil, filankəsin uşaqlarıdır’ dedi. Bu uşaqların ailələri var. Əslində mən ‘əlimdən gələni etdim, meydançaya da mənim çıxacaq halım yoxdur’ deyə bilərdim. Bu isə məsuliyyətsizlik olardı. Mən özümü ortaya atdım ki, hücumları mənə etsinlər, uşaqları rahat buraxsınlar. Əgər hiyləgər biri olsaydım, ‘mənə nə, əlimdən gələni etdim’ deyərdim”, – deyə o vurğulayıb.

TFF prezidenti komandanın çıxışlarından sonra yaşadığı emosional vəziyyətdən də danışıb.

“İnanırsınızmı, əsəbdən iki gün, iki gecə səhərə qədər ağladım. Olmayacaq şeylər baş verdi. Hər iki oyun futbol tarixinə düşdü. İki oyunda 65 zərbə vurursan, topa sahibolma faizi 80 faiz olur, dörd top dirəkdən qayıdır, amma heç biri qapıya girmir. O 65 zərbədən cəmi biri qol olsaydı, ABŞ-ni məğlub edib yolumuza davam edəcəkdik”, – deyə Hacıosmanoğlu bildirib.

O, istefa verib-verməyəcəyi ilə bağlı suala da cavab verib.

“Niyə istefa verim ki? Mən klub prezidenti deyiləm, məşqçi də deyiləm. Hələ görüləcək çox iş var. Bu uşaqlar 19-20 yaşındadırlar. Qoy tənqid etməyə davam etsinlər. Mən öz adımdan 50 dəfə üzr istəmişəm”, – deyə TFF prezidenti qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki