DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində İspaniya və Türkiyə yığmaları arasında keçirilən oyun (2:2) zamanı insident baş verib.
Korrekt.az xarici mətbuata istinadla xəbər verir ki, “ay-ulduzlular”ın istifadə etdiyi paltardəyişmə otağından ümumi dəyəri 260 min avro olan saat və 2 ədəd üzük oğurlanıb.
Təhlükəsizlik kameralarının görüntüləri polis tərəfindən təhlil edidikdən sonra əşyaları oğurlayan şəxs aşkarlanaraq saxlanılıb. Şübhəlinin stadion əməkdaşı və ya əraziyə icazəsiz daxil olan şəxs olub-olmadığı barədə məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma davam edir.





















