image-1backend

Türkiyə sahillərində tapılan hərbi PUA Rusiyaya məxsus imiş

image-ads-728x90

Türkiyə Milli Müdafiə Nazirliyi Ordu vilayətinin Ünye rayonunda sahildə tapılan və quruya çıxmış vəziyyətdə olan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğunu açıqlayıb.

Nazirlik bildirib ki, 10 fevral 2026-cı il tarixində Ünye rayonunda sahildə bir PUA-nın aşkar edilməsi ilə əlaqədar 11 fevralda əraziyə 1 Sualtı Müdafiə qrupu göndərilib.

Məlumata əsasən, aparılan yoxlamalar zamanı PUA-nın içərisində partlayıcı maddənin olmadığı müəyyən edilib.

Rusiyaya məxsus olduğu qiymətləndirilən pilotsuz uçuş aparatı araşdırma aparılması üçün Ünye Polis İdarəsinə təhvil verilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki