image-1backend

“Tvente” ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq”

image-ads-728x90

“Qarabağ” “Tvente” ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ı da təbrik edib:

“Sabah”ı təbrik edirəm, uğurlar arzulayıram. “Tvente” ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq”.

O, maksimum diqqətli olmağın vacibliyini vurğulayıb:

“Belə oyunlarda rəqibdən daha çox özümüzü dəyərləndirmişəm. Hazırlıq səviyyəmizlə bağlı düşünmüşəm. Həddindən artıq diqqətli olmalıyıq. Rəqib potensiallı futbolçulara malikdir. Hesabda öndə olmağımız əlavə üstünlükdür, həm də təhlükədir”.

Xatırladaq ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki