image-1backend

Ulduz futbolçu “Real Madrid”i TƏRK EDİR  

image-ads-728x90

Madridin “Real” klubu və Fransanın “Lyon” komandası braziliyalı hücumçu Endrikin icarəyə verilməsi ilə bağlı razılığa gəlib. Korrekt.az xəbər verir ki, bu barədə Globo nəşri məlumat yayıb.

Məlumata görə, 19 yaşlı futbolçu 2026-cı ilin yanvar ayından iyun ayınadək “Lyon”un heyətində icarə əsasında çıxış edəcək.

“Real Madrid” gənc hücumçunun transfer hüququnu satmaq niyyətində deyil. Klubun şərtinə əsasən, zədələnmə halları və ya kadr çatışmazlığı yarandığı təqdirdə, “Real” Endriki vaxtından əvvəl geri çağırmaq hüququna malik olacaq.

Gənc forvard isə daha çox oyun praktikası qazanmaq məqsədilə Xabi Alonsonun rəhbərlik etdiyi komandanı müvəqqəti tərk etməyə razılaşıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki