image-1backend

Ulduz futbolçular Qazaxıstan klubuna transfer olunur

image-ads-728x90

Portuqaliyalı Luis Nani və bosniyalı Miralem Pjaniçin Qazaxıstanın “Aktobe” klubuna keçidi gündəmdədir.

Korrekt.az xəbər verir ki, “Aktobe” hər iki futbolçuya Qazaxıstan liqası tarixində indiyədək ödənilmiş ən yüksək maaşı təklif etməyə hazırlaşır. Klub rəhbərliyi ulduz futbolçuların transferi ilə komandanın gücünü artırmağı planlaşdırır.

Bununla yanaşı, “Aktobe”nin Almaniyanın “Bayern” klubunun yarımmüdafiəçisi Tomas Müller və rusiyalı hücumçu Fedor Smolovla da maraqlandığı bildirilir. Məlumata əsasən, Tomas Müller əvvəlcə transferə müsbət yanaşsa da, süni örtüklü meydançalarda oynayacağını öyrəndikdən sonra qərarını dəyişib.

Klubun digər futbolçularla bağlı danışıqları davam etdirdiyi qeyd olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki