image-images-1backend

Usain Boltun rekordu QIRILDI 

image-ads-728x90

Çində hazırlanan Lightning adlı humanoid robot 100 metr məsafəni 9,32 saniyəyə qət edərək sürət göstəricisi ilə diqqət çəkib.

image-gbkzdrqbpceyhvvg

Korrekt.az Reuters-ə istinadən xəbər verir ki, robot bu nəticəni İkinci Dünya Humanoid Robot Oyunları ərəfəsində keçirilən sınaq zamanı göstərib. Lightning qaçış zamanı saniyədə 14,5 metr maksimal sürətə çatıb.
Müqayisə üçün, əfsanəvi yamaykalı sprinter Usain Bolt 2009-cu ildə Berlində keçirilən Dünya Atletika Çempionatında 100 metr məsafəni 9,58 saniyəyə qaçaraq dünya rekorduna imza atmışdı. Boltun həmin yarışda qeydə alınan maksimal sürəti isə saniyədə təxminən 12,3 metr olub.

Bununla belə, mütəxəssislər robotun nəticəsinin insan dünya rekordu ilə birbaşa müqayisəsinin düzgün olmadığını vurğulayırlar. Lightning insan deyil, humanoid quruluşa malik robotdur və yarış robot texnologiyalarının imkanlarını nümayiş etdirmək məqsədi daşıyır.

Robot Çin şirkəti Honor tərəfindən hazırlanıb. Onun boyu 169 santimetrdir. Yeni yarışlara hazırlıq çərçivəsində robotun ayaqları 10 santimetr uzadılıb.

Lightning daha əvvəl də yüksək göstəricisi ilə gündəmə gəlib. Apreldə Pekində keçirilən yarımarafonda robot 21,1 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə başa vuraraq finişə birinci çatıb.

Çin son illərdə humanoid robot texnologiyalarının inkişafına böyük sərmayə yatırır. Ölkədə bu texnologiyaların gələcəkdə sənaye, logistika və məişət sahələrində geniş tətbiqi planlaşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki