Korrekt.az xəbər verir ki, “İnter”in sabiq kapitanı Javier Zanetti, komanda yoldaşı Adriano barədə xatirələrini bölüşərək braziliyalı futbolçunun karyerasına təsir edən şəxsi itki barədə danışıb. Zanettinin sözlərinə görə, Adriano “Real Madrid”lə yoldaşlıq oyununda vurduğu möhtəşəm qol onu dərhal fərqləndirmişdi: “Öz-özümə düşündüm: ‘Bu, yeni Ronaldodur, onda hər şey var – fiziki güc, istedad, sürət…’”
Lakin Zanetti qeyd edir ki, Adriano favela ailəsindən gəlmişdi və qəfil zənginləşmənin gətirə biləcəyi problemləri öncədən görürdü. “Demək olar ki, hər gün məşqdən sonra ondan soruşurdum: ‘Bu gecə nə edirsən? Hara gedirsən?’ Qorxurdum ki, başına nəsə gələr,” – deyə Zanetti əlavə edib.
Braziliyalı futbolçunun atası onun yanındaydı, lakin mövsüm başlamazdan əvvəl ona həyatını dəyişdirəcək xəbər gəldi: “Adriano, atan öldü.” Zanetti həmin anı belə xatırlayır: “Onun hönkür-hönkür ağladığını, telefonu yerə çırpdığını və dəlicəsinə qışqırdığını gördüm.”
Zanetti və klub prezidenti Massimo Moratti Adriano’yu kiçik qardaşları kimi qorumağa çalışıblar. Zanetti deyir ki, futbolçu hər qolunu atasına həsr edirdi, əllərini göyə qaldırırdı, lakin o gündən sonra heç vaxt əvvəlki Adriano kimi olmadı. “Axşamlar onu həvəsləndirmək üçün saatlarla vaxt keçirirdik: ‘Başa düşürsənmi? Sən Ronaldo və İbrahimoviçin qarışığı kimisən, onlardan daha böyük ola bilərsən!’ Amma uğursuz oldu… Onun depressiyasına qalib gələ bilmədik və bu hələ də məni çox incidir,” – Zanetti bildirib.





















