ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı əməliyyatlar təkcə hərbi deyil, həm də iqtisadi cəhətdən təsir göstərməyə başlayır.
Korrekt.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, ekspertlərin ilkin hesablamalarına görə, əməliyyatın ilk 24 saatı ərzində sursat, qırıcı təyyarələrin uçuşları və qüvvələrin bölgəyə yerləşdirilməsi xərcləri milyardlarla dollar təşkil edib.
Qeyd olunur ki, ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk 24 saatında təxminən 779 milyon dollar xərcləyib.
Bölgəyə təyyarələrin və onlarla gəminin yerləşdirilməsi də əlavə 630 milyon dollara başa gəlib. Bölgədəki hər bir təyyarədaşıyan zərbə qrupunun gündəlik əməliyyat xərcləri təxminən 6,5 milyon dollar olaraq qiymətləndirilir. İlk gündən bəri ümumi xərclər təxminən 2.276.000 dollar təşkil edib.
Müharibənin saatlıq xərcinin 9,16 milyon dollar, gündəlik xərcinin isə təxminən 220 milyon dollar olduğu vurğulanır.





















