General-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Korrekt.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu, ANAMA İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.
O və digər zərərçəkmişin şikayəti əsasında Türkər Əliyeva şübhəli şəxs qismində tutulub.
General qızı barədə hələlik məhkəmə qərarı yoxdur. O, hazırda prokurorluqda ifadə verir.





















