image-1backend

 Qəlblər bir-birindən ayrıla bilərmi? Türkiyə və Azərbaycan – əbədi qardaşlığın gücü

image-ads-728x90

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixi dərinliyi, mədəni bağlılığı və ortaq taleyi ilə klassik diplomatik əlaqələrdən daha geniş məna daşıyan müstəsna qardaşlıq nümunəsidir. Bu münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə, milli dəyərlərə və xalqlarımız arasında formalaşmış möhkəm mənəvi bağlara əsaslanır.

Prezident Rəcəb Tayyib Ərdoğanın müxtəlif çıxışlarında dəfələrlə vurğuladığı kimi, Türkiyə və Azərbaycan qırılmaz tellərlə bir-birinə bağlı olan iki qardaş dövlətdir. Bu qardaşlıq müvəqqəti siyasi yaxınlaşmanın və ya ötəri maraqların nəticəsi deyil. O, tarixi təcrübə, qarşılıqlı etimad və gələcəyə dair ortaq baxış əsasında formalaşmış dərin köklü birlikdir.

Qarabağ Zəfərinin altıncı ildönümü ərəfəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və səsləndirdiyi mesajlar iki ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha diqqətə çatdırdı. Türkiyənin Azərbaycanın haqq mübarizəsinə göstərdiyi siyasi və mənəvi dəstək sübut etdi ki, bu qardaşlıq yalnız bəyanatlarda deyil, zəruri məqamlarda konkret siyasi iradə və dövlət həmrəyliyi ilə də özünü göstərir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı Qarabağ Zəfəri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından tarixi dönüş nöqtəsi oldu. Bu qələbə, eyni zamanda, türk dünyasının ortaq yaddaşında mühüm yer tutdu. Şuşada nümayiş etdirilən Türkiyə-Azərbaycan birliyi isə həmin tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından xüsusi rəmzi məna daşıyır.

Türkiyə-Azərbaycan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də fərqli dövlət və institusional strukturlara malik olmalarına baxmayaraq, iki ölkənin ortaq strateji baxış formalaşdırmaq və birgə fəaliyyət göstərmək bacarığıdır. Bu, göstərir ki, dövlətlərarası münasibətlərdə institusional fərqlər ortaq məqsədlərə nail olmağa mane olmur. Əksinə, qarşılıqlı etimad və siyasi iradə əməkdaşlığın daha möhkəm təməl üzərində qurulmasına imkan yaradır.

İki ölkə arasındakı münasibətlər yalnız siyasi və mənəvi həmrəyliklə məhdudlaşmır. Enerji, nəqliyyat, infrastruktur və iqtisadiyyat sahələrində həyata keçirilən birgə layihələr bu tərəfdaşlığın strateji ölçüsünü daha da genişləndirir.

Türkiyə ilə Azərbaycan arasında qurulan əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, Qafqazdan Anadoluya, oradan isə Avropaya uzanan geniş coğrafiyada ticarət və logistika imkanlarını artırır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional infrastruktur layihələri iki dövlətin beynəlxalq mövqelərini gücləndirən əsas amillərdəndir. Bu baxımdan Türkiyə-Azərbaycan tərəfdaşlığı regional sabitliyin və iqtisadi inteqrasiyanın inkişafında mühüm rol oynayır.

Qarabağın bərpası və inkişafı da qardaşlığın real nəticələrinin göründüyü əsas istiqamətlərdəndir. Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində göstərdiyi siyasi dəstək və işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakı bu tərəfdaşlığın uzunmüddətli xarakterini nümayiş etdirir.

Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın qorunması və daha da gücləndirilməsi qarşılıqlı etimad, düzgün kommunikasiya və ortaq məsuliyyət hissi tələb edir. Dezinformasiyaya qarşı diqqətli olmaq, təsdiqlənməmiş məlumatlara əsaslanaraq nəticə çıxarmamaq, yaranan məsələləri birbaşa və səmimi ünsiyyət yolu ilə həll etmək xüsusi əhəmiyyət daşıyır.

İki ölkə arasındakı münasibətlərin tarixi və strateji dərinliyi nəzərə alınaraq, ayrı-ayrı hadisələrin və ya qərəzli şərhlərin bu münasibətlərin ümumi mənzərəsinə kölgə salmasına imkan verilməməlidir. Bəzən zahirən əsaslı görünən fikirlərin arxasında iki xalq arasında narazılıq yaratmaq və münasibətləri zəiflətmək niyyəti dayana bilər. Buna görə də hər bir məlumatı və iddianı sağlam düşüncə və obyektiv yanaşma ilə qiymətləndirmək vacibdir.

Qardaşlığın mahiyyəti fikir ayrılıqlarını böyütməkdə deyil, qarşılıqlı anlaşma, dialoq və məsləhətləşmə yolu ilə ortaq iradəni gücləndirməkdədir.

Türkiyə-Azərbaycan yaxınlığı türk dünyasının gələcəyi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əməkdaşlıq ortaq mədəni irsin diplomatik, iqtisadi, elmi və institusional sahələrdə daha möhkəm əsaslar üzərində qurulmasına imkan yaradır. Türkiyə və Azərbaycanın nümayiş etdirdiyi həmrəylik digər türk dövlətləri arasında inteqrasiya prosesləri üçün də mühüm nümunədir.

İki ölkənin birgə fəaliyyət göstərmək bacarığı regional sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi baxımından yeni imkanlar açır. Bu əməkdaşlıq təkcə Türkiyə və Azərbaycanın deyil,

Professor Zakir Afşar



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki