Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatları həyata keçirilib.
Təyinatlar Birliyin İstedadların İdarə Edilməsi və Biznes Tərəfdaşlığı Departamenti də daxil olmaqla, müxtəlif struktur bölmələrini əhatə edib.
Ümumilikdə 6 nəfər müxtəlif vəzifələrə təyin olunub.
Məlumata əsasən, Elçin Qocayev İdarəetmə aparatının Tənzimləyici münasibətlər və normativ idarəetmə departamentinin rəisi vəzifəsinə təyin olunub. Elçin Qocayev əvvəllər Enerji Tənzimləmələri Agentliyində sektor müdiri, SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz”da şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb.
Validə Orucova Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin edilib.
Xəyyam İsmayılov Qarabağ Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin olunub.
Rəvan Əliyev isə Şəmkir Regional Qaz İstismarı İdarəsinin idarə rəisinin müavini vəzifəsinə təyin olunub.
Mirdavud Məmmədov Sumqayıt Regional Qaz İstismarı İdarəsinin baş mühasib-şöbə rəisi vəzifəsinə təyin olunub.
Bundan əlavə, Elçin İbrahimov İdarəetmə aparatının Tənzimləyici münasibətlər və normativ idarəetmə departamentində böyük mühəndis vəzifəsinə təyin edilib./Valyuta.az



























