image-1backend

Sensasion iddia: İran xüsusi xidmət orqanları bu siyasətçinin qətlində şübhəli bilinir

image-ads-728x90

İraq parlamentinin keçmiş üzvü Əhməd Əlvaninin cəsədi Beyrutda mənzillərdən birində aşkarlanıb. Onun qətlə yetirildiyi bildirilir.

İraq parlamentinin keçmiş deputatı, İranın İraqdakı təsirini tənqid edən siyasətçi Əhməd Əlvaninin meyiti Livanın paytaxtı Beyrutda tapılıb.

Korrekt.az xəbər verir ki, Əlvani noyabrın 4-də İraqın Ərbil şəhərindən Beyruta gəlib. Bir neçə gün onunla əlaqə saxlamaq mümkün olmayıb. Noyabrın 9-da isə Beyrutun “Tariq əl-Cədidə” məhəlləsində yerləşən mənzillərdən birində ona məxsus olduğu bildirilən cəsəd aşkarlanıb.

İlkin məlumatlara görə, siyasətçi başına aldığı zərbələr və boğulma nəticəsində həyatını itirib.

Binanın təhlükəsizlik kameralarının görüntülərində Əlvaninin daha iki nəfərlə birlikdə binaya daxil olduğu, lakin sonradan həmin şəxslərdən yalnız ikisinin binanı tərk etdiyi iddia olunur.

Qeyd edək ki, Əhməd Əlvani İraqın tanınmış siyasi xadimlərindən biri və ölkə parlamentinin keçmiş üzvü olub. O, xüsusilə İranın dəstəklədiyi silahlı qruplaşmaların İraqın siyasi və təhlükəsizlik strukturlarına təsirini tənqid etməsi ilə tanınıb.

Siyasətçinin qətlinin arxasında İran xüsusi xidmət orqanlarının dayandığı barədə iddialar səsləndirilsə də, bu versiyanı təsdiqləyən rəsmi sübutlar təqdim edilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki