Korrekt.az xəbər verir ki, mediada yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X. Əliyev küçəsində yerləşən ət emalı müəssisəsində yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində müvafiq təsdiq olmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin mənşəyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı müəyyən edilib. Həmçinin müəssisədə sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.
Faktla bağlı müəssisənin sahibi, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğlu barəsində inzibati protokol tərtib edilib. Toyuq ətindən götürülən nümunələr laborator müayinələrə göndərilib, məhsulların dövriyyəsi qadağan olunub.
Aşkar edilmiş nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.






















