image-white-house-cannabis-1280x800backend

Ağ Evdən sərt qərar: “ ABŞ Dünya Kubokuna  iranlı azarkeşləri buraxmayacaq” 

image-ads-728x90

Bu gün Ağ Ev milli təhlükəsizlik əsasını gətirərək İran və daha üç ölkənin azarkeşlərinin 2026-cı il Dünya Kuboku zamanı ABŞ-yə girişinə qadağa qoyulduğunu açıqlayıb. Qərar Tramp administrasiyasının imzaladığı yeni sərəncam çərçivəsində qəbul edilib.

Korrekt.az xəbər verir ki, qadağa İran, Haiti, Seneqal və Fil Dişi Sahili milli komandalarının azarkeşlərini əhatə edir. Qərar nəticəsində minlərlə azarkeş milli komandalarını ABŞ stadionlarında birbaşa dəstəkləmək imkanından məhrum olacaq.

Sərəncama əsasən, yalnız futbolçular, məşqçi heyətləri və onların yaxın ailə üzvləri istisna təşkil edir. Adi tərəfdaşlar üçün isə turnir müddətində ölkəyə giriş qadağan edilir.

Qərar beynəlxalq idman və hüquq dairələrində sərt tənqidlərə səbəb olub və Dünya Kuboku tarixində “görünməmiş addım” kimi dəyərləndirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki