image-2backend

Ağstafada “Qərbi Azərbaycan köç yolları: Tarixin yaddaşında qalan izlər” mövzusunda dəyirmi masa keçirilib

image-ads-728x90

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan dəyirmi masada RİH başçısı Seymur Orucov, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seymur Orucov giriş nitqində diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, Qərbi Azərbaycan İcmasının fəaliyyətində və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində beynəlxalq müstəvidə əldə olunan uğurlar daha da böyüməkdədir. Bölgənin tarixində baş verən deportasiyalar, soyqırımlar və məcburi köçürülmələr, azərbaycanlıların yaddaşında silinməz, ağrılı izlər buraxıb. Bu məsələnin qaldırılması və Qərbi Azərbaycandan köçkün düşən milyonlarla soydaşımızın ata-baba torpaqlarına, doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, orada öz mədəniyyət və irslərini bərpa edilməsində beynəlxalq dəstəyin möhkəmləndirilməsi müstəsna əhəmiyyət kəsb edir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş fond mühafizi İsmayıl Omarlı, Hüseyn Arif Əbədi Məclisinin sədri Saqif Qaratorpaq, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Tarix müəllimi Şəfəq Heydərli və rayon ağsaqqalı Fəxrəddin Səfiyev mövzuya öz münasibətlərini ifadə edərək bildiriblər ki, bölgədə insan hüquqlarının, sülh və ədalət prinsiplərinin qorunması, Qərbi Azərbaycan həqiqətlərinin tarixi faktlarının obyektiv şəkildə beynəlxalq aləmdə tanıtmaq olduqca vacibdir və bu istiqamətdə dövlətimiz tərəfindən mütərəqqi addımlar atılır.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki