Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan bütün sanksiyaların müddətini daha altı ay uzadıb. Bu barədə Avropa Şurasının prezidenti Antonio Koşta (António Costa) məlumat verib.
Korrekt.az xəbər verir ki, Koşta bildirib ki, Aİ liderləri Rusiyaya qarşı qüvvədə olan bütün sanksiya paketlərinin altı ay müddətinə uzadılması barədə razılığa gəliblər.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, Avropa İttifaqının sanksiyaları Fransadan Rusiyaya ixracın həcminə ciddi təsir göstərib. Belə ki, 2025-ci ilin ilk on ayı ərzində bu göstərici 7,3 milyard avrodan 3,3 milyard avroya qədər azalıb.
Məlumata görə, orta aylıq ixrac gəliri 2,2 dəfə düşüb ki, bu da Qərb sanksiyalarının iqtisadi təsirini açıq şəkildə nümayiş etdirir.





















