image-1backend

ABŞ-nin ən məxfi silahı İranın ƏLİNƏ KEÇDİ – SEPAH 14 tonluq super-bombanın sirrini ÖYRƏNDİ

image-ads-728x90

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr zamanı istifadə etdiyi super-ağır bunkerdağıdan bombanın texnologiyasını öyrəndiyini iddia edib.

Korrekt.az xəbər verir ki, bu barədə SEPAH komandanının baş müşaviri Məhəmməd Rza Nəqdi açıqlama verib.

Nəqdinin sözlərinə görə, 12 günlük müharibə zamanı ABŞ İran ərazisinə çəkisi təxminən 14 ton olan döyüş sursatları atıb.

Onlardan biri partlamayıb və bu, iranlı mütəxəssislərə bombanın daxili komponentlərini öyrənmək imkanı yaradıb.

Söhbət ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındakı ən güclü qeyri-nüvə silahı hesab olunan GBU-57 Massive Ordnance Penetrator (MOP) bunkerdağıdan aviasiya bombasından gedir.

Bu bomba dərinlikdə yerləşən və xüsusi mühafizə olunan yeraltı obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.

SEPAH rəsmisi iddia edib ki, İran tərəfi artıq bombanın yaradılmasında istifadə olunan texnologiyaların öyrənilməsini başa çatdırıb.

Qeyd edək ki, ABŞ tərəfi hələlik İranın bu iddiası ilə bağlı rəsmi açıqlama verməyib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki