image-1backend

Bu şəhərlərdə gecələr küçəyə çıxmaq yasaqlandı

image-ads-728x90

Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal addımlar atmağa başlayıb.

Korrekt.az  xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də, ətraf, Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub.

Qərara əsasən, məhdudiyyət yerli vaxtla saat 20:00-dan 06:00-dək qüvvədə olacaq. Bu, iğtişaşlar başlayandan bəri tətbiq edilən ilk komendant saatıdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki