image-media-1-y49a2uilmxqerz3g1hn5backend

Arzuman Muradlı: Rusiya Zəngəzur dəhlizində ABŞ-la qarşıdurmaya getməz

image-ads-728x90

Politoloq Arzuman Muradlı bildirib ki, Rusiyanın son günlər Zəngəzur dəhlizi ilə bağlı media üzərindən səsləndirdiyi iddialar daha çox siyasi təzyiq xarakteri daşıyır və bunu blef kimi qiymətləndirmək olar.

Onun sözlərinə görə, hazırkı mərhələdə layihəyə qarşı hərbi eskalasiya və ya təxribat ehtimalı yüksək görünmür.

” 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Rusiya Ermənistana dəhlizin açılması istiqamətində təzyiq göstərməli idi. Həmin razılaşmaya görə, Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələrinin marşrutun təhlükəsizliyinə nəzarət etməsi nəzərdə tutulurdu. Moskva bu fürsətdən vaxtında istifadə etmədi.”– deyə Arzuman Muradlı bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti də dəhliz formatına qarşı çıxaraq Rusiyanın planlarına müqavimət göstərdi və bu mövqedə Qərbin İrəvana verdiyi dəstək də mühüm rol oynadı. Bundan əlavə, Rusiyanın Ukraynada müharibəyə başlaması Moskvanın imkanlarını məhdudlaşdırdı və Zəngəzur dəhlizi istiqamətində aktiv addımlar atmasına mane oldu.

Politoloq hesab edir ki, hazırkı vəziyyətdə Rusiya yalnız layihədən müəyyən pay almağa çalışa bilər. O bildirib ki, Ermənistan tərəfi razılaşmanın Vaşinqtonla əldə olunduğunu və Rusiyanın bu prosesdə iştirakının nəzərdə tutulmadığını bəyan edir. Bu səbəbdən də Moskvanın marşrutda real iştirak perspektivi zəif görünür.

“Rusiya müəyyən təzyiq xarakterli addımlara əl ata bilər.  Azərbaycan üçün əsas məsələ marşruta kimin nəzarət etməsi deyil, ölkənin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz quru əlaqəsinin təmin olunmasıdır. Digər məsələlər daha çox siyasi və iqtisadi rəqabətlə bağlıdır. Əgər marşrutun keçdiyi ərazilərdə yerləşən rus sərhədçiləri hər hansı destruktiv addımlar atsalar, bunun məsuliyyətini öz üzərlərinə götürməli olacaqlar. Rusiya Zəngəzur dəhlizi məsələsində ABŞ-la birbaşa qarşıdurmaya getməkdə maraqlı deyil.”- deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki