image-media-1-3x5neipm7ha41cktsv0jbackend

Arzuman Muradlı: “Tramp Netenyahunu buna görə oyundankənar qoyub”  

image-ads-728x90

ABŞ Prezidenti Donald Trampın son qərarları Vaşinqton–Təl-Əviv münasibətlərində yeni mərhələnin başlandığı barədə müzakirələri gücləndirib. Məsələ ilə bağlı saytımıza açıqlama verən politoloq Arzuman Muradlı bildirib ki, proseslər İsrailin ABŞ-ın regional siyasətində əvvəlki çəkisini müəyyən qədər itirdiyini göstərir.

“Tramp artıq Netanyahunun xidmətindən istifadədən imtina edib. Bu açıq şəkildə bəyan edilməsə də, reallıqda bunu görürük. Çünki hücumların ikinci dalğasında İsrail oyundankənar qaldı. Hətta Qəzza məsələsində də müəyyən mənada İsrail dalana dirəndi”, – deyə politoloq qeyd edib.

Arzuman Muradlının sözlərinə görə, ABŞ-ın İranın infrastrukturuna qarşı planlaşdırdığı genişmiqyaslı zərbələrin əvvəlcə İsraillə birgə həyata keçirilməsi nəzərdə tutulurdu.

Politoloq bildirib ki, İsrail İrana qarşı əməliyyatların əsas iştirakçılarından biri olmalı idi. Lakin Donald Tramp hücumların ləğv edildiyini onların başlamasına təxminən 24 saat qalmış açıqlayıb.

“ABŞ və İsrail ötən çərşənbə günü, Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən bir gün sonra mümkün hücum planlarını müzakirə etməyə başlayıblar. Lakin ABŞ ilə İran arasında vasitəçilik edən Qətər hücumların qarşısının alınması və Hörmüz boğazının açılması məqsədilə İran, Oman və ABŞ nümayəndələri ilə intensiv danışıqlar aparıb. Maraqlıdır ki, bu danışıqlarda İsrail tamamilə oyundankənar qalıb. Bu onu göstərir ki, artıq Yaxın Şərq mövzusunda Tramp üçün İsrail o qədər də maraq kəsb etmir.”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki