image-img_37991771929035backend

“Azcargo” MMC-nin hesabına sərəncam qoyuldu, maaşlar gecikir: Külli miqdarda vergi borcu var – FOTO

image-ads-728x90
Xəbər verdiyimiz kimi  Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayon sakini  Abbasov Rövşən Yusif oğlu  “188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir.

Sitat.info-ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan  Rövşən Abbasov 1 ildir ki, çalışdığı “188” Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir.

Məsələ ilə bağlı şirkətdən də mövqe öyrəndik. Şirkətdən Abbasov Rövşən Yusif oğluna 3 aylıq əməkhaqqının verilmədiyini təsdiqlədilər.

Xanım əməkdaş bildirdi ki, vergi borcuna görə şirkətin  bank hesabına sərəncam qoyulduğundan işçilərin maaşlarının ödənilməsi gecikir : “188” Yükdaşıma və Evakuasiya Xidməti “Azcargo” MMC-yə daxildir.  Hazırda “Azcargo” MMC-nin hesabında borca görə sərəncam var, 7-10 gün ərzində əməkhaqqını ödməyə çalışacağıq. Bu barədə sizə ətraflı məlumat da verəcəyik”.

Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında olan məlumata görə,  “188” Yükdaşıma Xidmətinin də daxil olduğu “Azcargo” MMC-nin ümumilikdə 110 min manata yaxın vergi borcu var.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki