image-1backend

Azərbaycan milyonçuları Avropada: Qəzetlər nə yazırdı ?

image-ads-728x90

XIX əsrin sonu XX əsrin əvvələrində Bakıda neft fontanlarından axan qara qızılı qiymətli daş qaş və pullara çevirən Azərbaycan milyonçuları Avropada onları səxavətlə xərcləyirdilər. Hətta o qədər böyük pullar kazino, restoran, zərgərlik mağazalarıx at yarışlarında xərclənirdi ki, Avropa qəzetləri belə başlıq yazırdılar:

“Bakılılar qiyməti soruşmurlar, daha bahalı bir şeyin olub olmadığını soruşurlar”
İndi Sizlərə Avropanın o dövrdə Bakılı milyonçuların varlı həyatına aid yazdıqları məqalələrdən bir neçəsini təqdim edirəm.

Fransanın o dövrdə populyar olan “Nitsa” qəzetində yazılır:

“Xəzərdən gələn qonaqlar bütün mövsüm üçün “Nitsa Opera”da ən yaxşı lojaları sifariş edirdilər. Müğənni xanımın çıxışından sonra onun otağına nadir güllərdən ibarət səbət, Buşeron və ya Kartyedən bahalı hədiyyələr göndərirlər”

Eyni qəzetdə digər bir məqalədə yazılır:

“Bakı milyonçuları tez-tez Nitsadakı “Hotel Negresco” və ya Monte Karlodakı “Hotel de Paris” otellərində qalırdılar. Buz heykəllərində kürünün süfrəyə verildiyi və fransız şampanı şərabının sərbəst şəkildə axdığı “Bakı ziyafətləri”-ni fransız elitası Xəzər neftinin fransız zərifliyi üzərində qələbəsi adlandırırlar”
Həmin qəzetdən bir məqalə daha:

“Bakı milyonçusu Aşurbəyovlardan olan bir qonaq ona edilən xidmətdən narazı qalaraq qaldığı oteli. bir həftəlik “icarəyə” götürmüşdü ki, orada yalnız özü və ətrafı nahar edə bilsin”

Digər bir fransız mediasında yazılır:

“Parisdə və Nitsada Bakılı milyonçu (adı yazılmır) , gənc müğənnilərin səhnəyə çıxmalarına sponsorluq edir. O, konsert yaxud tamaşadan sonra bahalı hədiyyələr – qiymətli daşlarla bəzədilmiş qızıl siqaret qutuları və ya bilərziklər onlara verirdi. Onu Kot-d’Azurdakı bütün zərgərlik mağazalarının menecerləri tanıyır”

O dövrün əksər İtaliya qəzetlərində “l’extravagance orientale”- Şərq çılğınlığı başlığı altında “İsa bəy Hacinskinin Milanda opera səhnəsinin məşhur sənətçisi üçün məşhur zərəgərə çiçəyin zərgərlik replikasını yaratmağı tapşırıb, ləçəkləri ağ brilyantlardan və nadir sarı brilyantdan düzəldilib. Müğənni bu qiymətli hədiyyəni götürmək istəməyəndə O, heç nə demədən bu bahalı hədiyyəni zibil qabına atıb”

Fransız qəzetlərində belə bir yazılar da var:

“Avropada və Rusiyada tanınan milyonçu Hacı Tağıyevin oğlu müsyö Sadıq Berlin və Parisdə qüsursuz zövqü və Avropa sənətçilərinə sponsorluğu ilə tanınır. Şərqin “qızıl gəncliyinin” üzvü hesab edilən o, ailəsinin Avropadakı imicini qorumaq üçün külli miqdarda pul xərcləyib”
Eyni qəzetlər digər milyonçu Şəmsi bəy haqqında yazır: ” Parisdəki qəbullarda Əsədullayev özəl tədbirlərində çıxış edən məşhur sənətçilərə qiymətli hədiyyələr (Xəzər mirvariləri və ya brilyantları ilə zinət əşyaları) təqdim etməsi ilə tanınır”

Monte Karlonun yerli qəzetləri adı çəkilməyən bir Bakılı milyonçu barədə yazır:

“Bakıdan gələn qonaq böyük miqdarda pullar ilə qumar oynayır. Biz çox təəccüb hissi ilə yazırıq ki, bu şəxs böyük məbləğdə pul itirdikdən sonra kazino işçilərinə və ofisiantlara Parisdə ev almağa kifayət edəcək qədər çaypulu verib”

Marsel və Nitsa qəzetləri Azərbaycan gəmi sahiblərinin texniki cəhətdən Avropa şahzadələrinin gəmilərindən daha üstün olan yaxtaları Avropadan sifariş etdiklərini bildirirdilər. Onlar üçün hazırlanan kiçik gəmilər (yaxta) kabinləri nadir ağaclardan hazırlanırdı və santexnika qurğuları təmiz gümüşdən və ya qızıldan hazırlanırdı.

Monte Karlo, Paris, Marsel, Nitsa və digər yerlərdə bahalı mülklərin alıcıları barədə qəzetlər yazır:
“Məlum oldu ki, “anonim alıcıların” çoxu Bakı neft milyonçularıdır. Onlar bunu belə izah edirlər ki, məqsədləri Fransadakı qədim saray və mülkləri məhv olmaqdan xilas etməkdir “

İngilis qəzetlərində adı çəkilməyən bir Bakılı manatın tanınan Britaniya lordu ilə at yarışında mərcindən yazır. İkisi belə mərc çəkmiş idi. Bakılının atı birinci olsa lord ona yeni Rolls-Royce avtomobili alacaq idi, uduzsa idi, Bakıda ingiliscə bir neft buruğu hədiyyə verəcək idi.

Bu cürə Avropa mediasında kifayət qədər yazılar var. Bu onu göstərir ki, o dövrün milyonlarla pulu olan zənginləri indiki zənginlər kimi pullarını Avropada hara, nəyə və kimlərə xərcləyirlər.
Azərbaycan torpağının sərvətləri Avropa kazinolarından müğənnilər və aktrisaların yataq otaqlarına qədər xərclənirdi..

Prof.Dr. Zaur Əliyev



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki