Korrekt.az xəbər verir ki, “Barselona”nın prezidenti Joan Laporta klub rəhbərliyinə ardıcıl üçüncü dəfə namizəd olmayacağını bəyan edib. O, 2021-ci ildən “blauqrana”nın başında durur və 2026-cı ildə klubda yeni prezident seçkiləri keçiriləcək.
Laportanın sözlərinə görə, seçkilərin dəqiq tarixi 15 mart – 15 iyun aralığında müəyyənləşdiriləcək və bununla bağlı qərar yanvarın sonunda açıqlanacaq.
Klub rəhbəri vurğulayıb ki, seçki prosesinin vaxtından əvvəl gündəmə gətirilməsi komanda üzərində lazımsız təzyiq yarada bilər. Buna görə də hazırda diqqət “Barselona”nın İspaniya Kuboku və La Liqadakı çıxışına yönəlib.
Laporta namizədliyini üçüncü dəfə irəli sürməyəcəyini belə əsaslandırıb:
“Mən Putin və ya Maduro kimi olmayacağam. Ardıcıl iki müddət kifayətdir. Yenidən namizəd ola bilərdim, amma olmayacağam. Bu, qəbuledilməz olardı”, — deyə klub prezident bildirib.





















