image-e93a6651182ef27645794d0f2750cf41backend

Başqasının borcuna görə əmlakınızı əlinizdən ala bilərlər

image-ads-728x90

Bank və maliyyə qurumları tərəfindən kreditlərin verilməsi zamanı zaminlik tələbi irəli sürülür.

Kredit götürən şəxs öhdəliyini yerinə yetirmədikdə məsuliyyət zaminin üzərinə keçir və bu, onun üçün hüquqi və maliyyə çətinlikləri yaradır. Bu səbəbdən zaminlik məsələsi kredit münasibətlərində mühüm yer tutur. Zamin olan şəxs kredit borcuna görə məsuliyyət daşıya bilər və bu, onun gəlirinə və əmlakına təsir göstərə bilər. Ona görə də zaminlik qərarı verilərkən bütün risklər diqqətlə qiymətləndirilməlidir.

Zaminlik haqqında risklərlə bağlı Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov bildirib ki, başqasına zamin duran şəxs öhdəlik götürür ki, kredit götürən şəxs borcu vaxtında ödəməzsə, bank və ya bank olmayan kredit təşkilatı məhkəmə yolu ilə həmin borcu zaminindən tuta bilər:

“Əgər borclu şəxsdən vəsaiti tam və ya qismən almaq mümkün olmazsa, borc zaminin üzərinə yönəldilə bilər. Zamin daha sonra ondan tutulan məbləği, borclunun ödəniş qabiliyyəti varsa, həmin şəxsdən tələb edə bilər. Buna görə zamin duran şəxslərə birinci növbədə tövsiyə olunur ki, sabah həmin məbləğin onlardan tutulması onları çətin vəziyyətə salmayacaqsa, zaminlik etsinlər. Əks halda zaminlik qərarı diqqətlə düşünülməlidir.

Zamin olan zaman borcun məbləğinə, valyutasına, faiz dərəcəsinə mütləq baxılmalıdır. Zaminlikdən imtina etmək isə mümkün deyil”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki