image-1backend

Bir gündə Rusiya ordusunun 1 milyard dollarlıq hərbi texnikası MƏHV EDİLİB

image-ads-728x90

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin uzaqmənzilli dronları, Krımın müvəqqəti işğal altındakı Belbek hərbi aerodromuna zərbə endirib. Bu hücum nəticəsində çoxlu sayda Rusiya texnikası zədələnib.

Korrekt.az xəbər verir ki, hücüm nəticəsində aşağıdakı Rusiya avadanlıqları məhv edilib:

İki uzun mənzilli radar aşkarlama sistemi “Nebo-SVU” (hər birinin təxmini qiyməti 60-100 milyon dollar);

S-400 Triumph zenit-raket sisteminin tərkib hissəsi olan 92N6 radar (daxili bazar üçün təxmini qiymət 30 milyon dollar, ixrac üçün isə 60 milyon dollar);

“Pantsir-S2” zenit-raket sistemi (daxili bazar üçün təxmini qiymət 12 milyon dollar, ixrac üçün isə 19 milyon dollar);

Tam sursat dəsti ilə təchiz olunmuş MiG-31 təyyarəsi (təxmini qiymət 30-50 milyon dollar, konfiqurasiyadan və silahlanmadan asılı olaraq).

SBU-nun açıqlamasında qeyd olunub ki, bu hücum, Krımda işğalçılara məxsus mühüm hərbi və logistika obyektlərini qoruyan hava hücumundan müdafiə sistemlərinin məhv edilməsini təmin edib. Hava hücumundan müdafiə sistemlərinin zədələnməsi düşmənin Krım istiqamətindəki müdafiə və hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.

Bu əməliyyat, Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya işğalçılarına qarşı effektiv mübarizəsini davam etdirdiyini göstərir.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti, bu yaxınlarda Novorossiysk limanında da dəniz “batırımı” əməliyyatı keçirib. Bu əməliyyat nəticəsində, Ukrayna sualtı dronları Rusiyanın “Varşavyanka” sinifli sualtı qayığını partladıb. Bu sualtı qayıqda, Rusiyanın Ukraynaya zərbə endirmək üçün istifadə etdiyi “Kalibr” qanadlı raket buraxılış qurğuları var idi. Sualtı qayığın qiyməti təxminən 400 milyon dollar təşkil edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki