image-image_750x_693ff955e97fabackend

Bu şirkət “Yuventus”u alır – 1,1 milyardlıq təklif GÖNDƏRDİ

image-ads-728x90

Böyük kriptovalyuta şirkəti Tether İtaliyanın məşhur futbol klubu “Yuventus”un nəzarət paketini əldə etmək niyyətindədir. Şirkət bu məqsədlə klubun əsas səhmdarı olan Agnelli ailəsinə məxsus Exor holdinqinə 1,1 milyard avro dəyərində təklif göndərib.

Korrekt.az xəbər verir ki, bu barədə Sport-Express nəşri məlumat yayıb. Məlumata görə, Tether-in top-menecerlərindən biri Paolo Ardoino şirkətin “Yuventus”dakı bütün payları almağa hazır olduğunu bildirib.

Ardoino qeyd edib ki, əsas məqsəd klubu maliyyə baxımından gücləndirmək, onu dəstəkləmək və əvvəlki idman uğurlarına qaytarmaqdır. Onun sözlərinə görə, razılaşma baş tutacağı təqdirdə, Tether “Yuventus”a təxminən 1 milyard avro həcmində əlavə sərmayə yatırmağı planlaşdırır.

Hazırda tərəflər arasında danışıqların hansı mərhələdə olduğu ilə bağlı rəsmi açıqlama verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki