“ABŞ İranla mələni qısa müddətə bitirə bilməyəcəini anlayır. Çünki burada başqa qüvvələrin də təsiri var. Həmçinin İran iatisadi cəhətdən çökdürülsə də, rəsmi Tehran uzun müddətdir ki, neftdən əldə etdiyi gəlirləri hərbi sənaye komlekslərinin inkişafına yönəldib.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki,Tehran raket proqramının mühüm hissəsini yeraltı tunellərdə və qorunan bazalarda yerləşdirib.
“Bu isə ilk hücum dalğasından sonra belə cavab imkanlarının saxlanmasına şərait yaradır və uzunmüddətli qarşıdurma ehtimalında üstünlük verir.İranın strateji təsir imkanları yalnız quru hədəflərlə məhdudlaşmır. Hörmüz boğazı dünya neft və qaz ticarətinin mühüm hissəsinin keçdiyi ərazidir.Rəsmi blokada elan edilməsə belə, bölgədə hərbi gərginliyin artması qlobal enerji bazarlarında kəskin dalğalanmalara səbəb ola bilər və bu gündən bu artıq baş verməyə başlayıb. Dünya bazarında neftin kəskin bahalaşması bir çox ölkələrə çox ciddi təsir edir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Vaşinqtonun Körfəzdə hərbi mövcudluğunu artırması həm müdafiə, həm də hücum imkanlarını gücləndirir.
“Lakin bu eyni zamanda potensial hədəflərin sayını da artırır. Bir neçə dəqiq və strateji baxımdan həssas zərbə belə siyasi və hərbi balansı dəyişə bilər. Bununla belə, genişmiqyaslı müharibə bütün tərəflər üçün son dərəcə yüksək risk və iqtisadi itkilər deməkdir. Hazırkı mərhələdə əsas sual budur: Qarşılıqlı zərbələr nəzarətli eskalasiya çərçivəsində qalacaq, yoxsa region yeni və uzunmüddətli müharibə mərhələsinə daxil olacaq? Yaxın saatlar və günlər Yaxın Şərqin taleyi baxımından həlledici ola bilər.”– deyə Arzuman Muradlı əlavə edib.






















