Korrekt.az xəbər verir ki, “Liverpool”un keçmiş müdafiəçisi Ceymi Karrager Mohamed Salah barədə sərt açıqlama verib. Karrager bildirib ki, Salahı heç vaxt müdafiəyə kömək etmədiyi və ya ötürmə vermədiyi üçün tənqid etməyib, çünki misirli futbolçu klubun əfsanəsidir və onun bəzi xüsusiyyətləri ilə barışmaq mümkündür.
Lakin Karrager bu dəfə Salahın son bəyanatlarına görə narazılığını gizlətməyib:
“Salahın açıqlamaları ilə ‘Liverpool’u avtobusun altına atmaq cəhdlərinə görə onu tənqid edəcəyəm. Onun PSV-yə qarşı oyunu biabırçı idi.”
Keçmiş futbolçunun sözləri həm klub azarkeşləri, həm də futbol ekspertləri arasında geniş müzakirə olunur.





















