image-1backend

Ərdoğandan Təl-Əvivə MESAJ: “Türkiyənin İsrail xalqına qarşı heç bir düşmənçiliyi yoxdur”

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son zamanlar İsraildə Türkiyəni yeni təhdid mənbəyi kimi qələmə verməyə yönəlmiş yanlış narrativlərin yayıldığını bildirib.

Korrekt.az  xəbər verir ki, Türkiyə lideri bu cür bəyanatların və anti-Türkiyə ritorikasının İsrailin daxili siyasi dinamikası və seçki şəraiti ilə bağlı olduğunu vurğulayıb.

Ərdoğan öz bəyanatında Ankaranın prinsipial mövqeyini bir daha bəyan edib: “Türkiyə neynisrail xalqına, ne də başqa bir cəmiyyətə qarşı hər hansı düşmənçilik hiss etmir. Biz sadəcə olaraq beynəlxalq hüquqa zidd hesab etdiyimiz siyasətə, eləcə də regionumuzda qeyri-sabitliyi artıran addımlara qarşı çıxırıq”.

Türkiyə dövlət başçısının bu açıqlaması Ankaranın regional gərginliyi xalqlararası düşmənçilik müstəvisinə keçirmək istəmədiyini, lakin beynəlxalq hüquq pozuntularına qarşı prinsipial mövqeyini saxladığını göstərir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki