Bu gün Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti “Rusiyanı daha bir SVO gözləyir. O çox qısa olacaq” başlıqlı məqalə dərc etdi.

Lakin sonra, görünür, nəsə səhv getdi və məqalə üç saat sonra silindi.
Məqalədə Rusiya taktiki nüvə zərbəsi endirməklə Litvanı tez bir zamanda məğlub edəcəyi haqda informasiya dərc edilmişdir.
Litva ilə bağlı oxşar ritorika əvvəllər Rusiyanın keçmiş prezidenti, hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tərəfindən də istifadə olunmuşdu. Xüsusilə, Medvedev iddia edirdi ki, Rusiyanın nüvə zərbəsi endiriləcəyi təqdirdə Litva “mövcudluğunu dayandıra bilər”.
Bu arada, Danimarka kəşfiyyatı Rusiyanın yaxın aylarda NATO ölkəsinə qarşı məhdud hərbi əməliyyat keçirə biləcəyi ehtimalını “aşağı, lakin get-gedə artan” adlandırıb.





















