image-1backend

Pezeşkian: Uran ehtiyatının 60%-ini ABŞ-yə təhvil verə bilərik

image-ads-728x90

ABŞ daim uran ehtiyatımızı məhv etdiyini iddia edir, eyni zamanda 60% zənginləşdirilmiş urana sahib olduğumuzu deyir. Bu iki iddia eyni anda doğru ola bilməz”.

Korrekt.az  Fox News-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Əgər onlar IAEA-nın (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarəti altında müfəttişlərin geri qayıtmasına icazə verən bir razılaşmaya hazırdırlarsa, biz də danışıqlara hazırıq. Amma Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində heç bir dövlətin IAEA-nın nəzarəti altında olan bir obyektə hərbi əməliyyat keçirmə hüququ yoxdur”, – deyə o əlavə edib”.

M.Pezeşkian qeyd edib ki, İslam Respublikası atom bombasına sahib olmaq istəyində deyil:

“Mərhum Xamenei fətvası ilə dəfələrlə bəyan edib ki, kütləvi qırğın silahlarına sahib olma haramdır. Lakin dialoq aparmaq əvəzinə, ABŞ mövqeyini bizi bombalamaqla bildirdi. Dialoqa və sahib olduğumuz uranı onlara göstərməyə hazırıq. Onlar bizi təzyiq və blokada altında saxlaya bilməzlər.

Mən çıxış yolunu diplomatiyada görürəm. Qətiyyən müharibə istəmirik. Özümüzü müdafiə etmək üçün qətiyyətli davranacağıq. Mən qətliama deyil, dialoqun gücünə inanıram”.

Pezeşkian zənginləşdirilmiş uran ehtiyatının 60%-nin ABŞ təhvil verilməsi barədə suala “Bəli” cavabı verib.”Yeni Sabah”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki