image-1backend

İran müharibə hazırlığını sürətləndirir: ABŞ İranı nə zaman vuracaq?

image-ads-728x90

İran son günlər neft tankerlərinə yükləmələri əhəmiyyətli dərəcədə artırıb. Müşahidəçilər bunu ABŞ tərəfindən mümkün hərbi zərbəyə hazırlıq əlaməti kimi qiymətləndirirlər.

Monitorinq şirkəti Kpler-in məlumatına görə, 15–20 fevral tarixləri arasında İranın Fars körfəzində yerləşən Xarq adasından ixrac edilən neftin həcmi təxminən 20,1 milyon barel təşkil edib. Bu göstərici yanvar ayının eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur və gündəlik 3 milyon bareli ötür ki, bu da Tehranın adi ixrac səviyyəsini xeyli üstələyir.

Korrekt.az Bloomberg аgentliyinə istinadən xəbər verir ki , 2025-ci ilin iyununda ABŞ-nin hava hücumlarından əvvəl də oxşar dinamika müşahidə olunmuşdu. Həmin vaxt İran limanlarından neftin sürətlə çıxarılması və böyük həcmdə xam neftin tankerlərə yüklənərək Xarq adasına daşınması qeydə alınmışdı. Bənzər vəziyyət 2024-cü ildə regionda gərginliyin artdığı dövrdə də yaşanıb.

Ekspertlər hesab edirlər ki, ABŞ tərəfindən mümkün zərbə halında neftlə dolu tankerlər risk altında qala bilər. 15–20 fevral tarixləri arasında Xarq adasının cənub-şərqində yerləşən sularda tankerlərin sayı 8-dən 18-ə yüksələrək iki dəfədən çox artıb.

Eyni zamanda, adadakı xam neft ehtiyatlarının azalması da aktiv yükləmə prosesindən xəbər verir. Bildirilir ki, fevralın 15-də adada ən azı 7 neft çəni dolu olduğu halda, 20 fevral tarixinə qədər onlardan 6-sı boşalıb. Bu isə tankerlərə intensiv neft yüklənməsini təsdiqləyir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki