İsrail Ayətullah Seyid Əli Xameneinin Tehranda istifadə etdiyi yeraltı hərbi bunkeri hədəf alıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. VIDEO1 VIDEO2
Məlumata görə, əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinin 50 qırıcısı iştirak edib.
Bildirilib ki, sözügedən obyekt Xamenei və digər yüksək rütbəli hərbi rəsmilərin komanda mərkəzi kimi fəaliyyət göstərib.
“Bunkerin hədəf alınması rejimin komanda və nəzarət qabiliyyətini daha da aşındırır”, – qeyd edilib.























