image-default-2backend

İsrailli nazirin oğlu döyüşlərdə ağır yaralanıb -“The Jerusalem Post”

image-ads-728x90

“The Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail maliyyə naziri Bezalel Smotrichin oğlu Livan-İsrail sərhədində gedən döyüşlər zamanı yaralanıb.

Korrekt.az xəbər verir ki, qəzet bildirib ki, nazirin İsrail ordusunda xidmət edən oğlu yüngül xəsarətlər alıb və ölüm təhlükəsi ilə üzləşmir. İsrailin müdafiə naziri İsrael Katz ona tezliklə sağalmağı arzulayıb.

Bir gün əvvəl, ifrat sağçı Dini Sionizm partiyasına rəhbərlik edən Smotrich Livan-İsrail sərhədinə səfər etmiş və şiə Hizbullah təşkilatının yerləşdiyi Beyrutun ətrafındakı Dahiya şəhərinin Xan Yunisin aqibətini yaşayacağı ilə hədələmişdi. Qəzza zolağı və Misirlə sərhəddə yerləşən şəhər aylarla davam edən İsrail bombardmanları nəticəsində ciddi ziyan görüb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki