Kanal D-nin məşhur Yaprak Dökümü serialındakı rolu ilə tanınan və hazırda ABŞ-da yaşayan keçmiş aktyor Tolqa Karel sosial media hesabında Kənan İmirzalıoğlunun 2028-ci il seçkilərində AKP-dən millət vəkilliyinə namizəd olacağını iddia edib. Korrekt.az xəbər verir ki, Karel bildirib ki, İmirzalıoğlu siyasətə gecikib, amma bu sahədə də uğur qazana bilər.
Tolqa Karel paylaşımında qeyd edib:
“Bir ay əvvəl media sektorunda böyük açıqlamaların başlayacağını demişdim. Bu, yalnız başlanğıcdır. AK Partiyanın 2028-ci il parlament seçkilərində namizədi olan Kənanı 1997-ci ildən bəri tanıyıram. O, İstək Vəqfindən məktəb yoldaşımdır. Onu aktyor kimi tanıyırsınız, amma fantastik akademik karyerası da ola bilərdi. Hətta siyasətə də gecikib. Əvvəlcədən təbrik edirəm.”
Hazırda Kenan İmirzalıoğlu bu iddialarla bağlı rəsmi açıqlama verməyib.





















