“Son günlər Rusiya mediasında Cənubi Qafqaz ölkələrinə qarşı aparılan kampaniya Kremlin təbliğat siyasətinin növbəti təzahürüdür.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Kremlin təbliğat maşınının fəaliyyəti Rusiyada imperiya düşüncəsinin hələ də davam etdiyini göstərir.
“Rusiya dövlət təbliğatının əsas simalarından olan Vladimir Solovyov və “Sputnik” media qurumunun rəhbərliyi də Sovet imperiyası təfəkküründən çıxış edən yanaşmalar sərgiləyirlər. Cənubi Qafqaz ölkələrinə qarşı informasiya hücumlarının arxasında siyasi məqsədlər dayanır. Kreml öz siyasətini əsasən dövlət nəzarətində olan media və təbliğat resursları vasitəsilə həyata keçirməyə çalışır.”– deyə Arzuman Muradlı bildirib.
Politoloq əlavə edib ki, bu cür təbliğat istənilən nəticəni vermədikdə, Rusiyada yaşayan miqrantlara qarşı təzyiqlərin artdığı müşahidə olunur.
“Bu yanaşma qəbuledilməzdir və siyasi məqsədlərə xidmət edən təzyiq mexanizmidir.”– deyə Arzuman Muradlı bildirib.





















