image-f73cb094_e559_4c6b_a96e_a34d03e2e460_1790450875backend

KXCP 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yaydı

image-ads-728x90

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

Partiyanın Mətbuat Xidmətinin yaydığı bəyanatda 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyi vurğulanıb.
Bəyanatda bildirilib ki, Azərbaycanın tarixi sevinc və kədər günləri milli dəyərlərə və ənənələrə uyğun şəkildə qeyd edilməlidir. Şəhidlərin ruhunun yad edilməsi və onların ailələrinə ehtiram göstərilməsi hər bir vətəndaşın mənəvi borcu kimi qiymətləndirilib.

KXCP şəhid anaları, ataları, həyat yoldaşları, övladları və qazilərə müraciət edərək, 44 günlük müharibənin Anım Günündə onların qarşısında dərin ehtiram ifadə edib.
Partiyanın bəyanatında qeyd olunub:
“Tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq xoşbəxtliyi bizim də taleyimizə yazıldı. Allaha şükür etmək vəzifəmiz, şəhidlərə sayğı boynumuzun borcudur.

Vicdanı, imanı, şərəfi olan hər kəsin başının tacı – şəhidlərdir. Şəhidlərə, şəhid ailələrinə sayğı, qazilərə qayğı – dövlətin borcu, vətəndaşın vəzifəsidir”.

Bəyanatda, həmçinin 44 günlük Vətən müharibəsinin nəticələrinin və şəhidlərin fədakarlığının gələcək nəsillər tərəfindən daim xatırlanmasının vacibliyi vurğulanıb.
KXCP şəhidlərin ruhuna dualar edib, qazilərə şəfa diləyib və Azərbaycan Ordusuna qələbə arzulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki