“Müctəba Xamenei ilə 2 dəfə görüşmüşəm”.
Korrekt.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.
O, qeyd edib ki, İslam Respublikası Ali Rəhbərinin icraedici səlahiyyətləri yoxdur və buna görə də administrasiyanın icra işlərində Liderin özü və dəftərxanası arasında heç bir problem yaranmır.
M.Pezeşkian 2 gün əvvəl “Fox” telekanalına müsahibəsində də Müctəba Xamenei ilə münasibətlərinə toxunmuş və onun sağlamlığı və ya fiziki görünüşü ilə bağlı heç bir problem müşahidə etmədiyini bildirmişdi.





















