“Liverpool” klubunun sahibi olan Fenway Sports Group (FSG) komanda daxilində yaranmış Salah böhranı ilə bağlı təcili addımlar atıb. Korrekt.az xəbər verir ki, bu gün klubun baş icraçı direktoru və idman direktorları ilə xüsusi toplantı keçiriləcək.
Rəhbərlik Mohamed Salahın satılması, həmçinin baş məşqçi Arne Slotun istefaya göndərilməsi variantlarını ciddi şəkildə müzakirə edir. Klub daxilində ən diqqətçəkən ehtimallardan biri isə baş məşqçi postuna müvəqqəti olaraq Steven Gerrardın gətirilməsidir.
FSG-nin bu prosesə birbaşa müdaxiləsi mövsümün gedişində komandanın gələcək planları ilə bağlı mühüm dəyişikliklərin olacağı ehtimalını gücləndirir.





















