NATO-nun baş katibi Mark Rutte alyansın ölkələrini müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa çağırdı və qeyd etdi ki, əks halda Rusiyanın NATO-nun imkanlarından daha güclü olması riski var.
Korrekt.az xəbər verir ki, Rutte bu barədə BBC-yə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, əgər alyansın üzv dövlətləri müdafiə xərclərinin ÜDM-in 5%-i səviyyəsini qoruya bilməsələr, Rusiya yaxın bir neçə ildə hərbi potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Rutte xatırladıb ki, bu öhdəlik ABŞ prezidenti Donald Trampın Haaqa sammitində elan edilən təşəbbüsündən sonra irəli sürülüb. NATO-nun baş katibi qeyd edib ki, onun fikrincə, ABŞ prezidentinin mövqeyi sayəsində NATO həmişəkindən daha güclü olub və müdafiə xərclərinin artırılması tələbini Donald Trampın xarici siyasətinin əsas nailiyyətlərindən biri adlandırıb.
“Biz indi daha güclüyük, amma Haaqada qəbul edilən qərarlar yerinə yetirilməsə, bir neçə ildən sonra Rusiyadan daha zəif ola bilərik ki, bu da ciddi təhlükə yaradır”, – deyə Rutte bildirib.





















