image-1backend

Məşhur aktrisa:”Hollivuda əxlaq yoxdur”

image-ads-728x90

Oskar mükafatı laureatı Brendan Freyzer studiya siyasəti ilə bağlı narahatlığını açıqlayıb. Associated Press-ə müsahibəsində aktyor Warner Bros-un “tamamlanmış” hesab edildiyi halda arxivə göndərilən filmlərlə bağlı qərarlarını tənqid edib və bunu Hollivudun hazırkı səviyyəsinin enməsi ilə əlaqələndirib.

Korrekt.az xəbər verir ki, Freyzer xüsusilə “Yarasa qız” (“Batgirl”) filminin taleyindən danışıb. Onun sözlərinə görə, film tam hazır olsa da, ekrana çıxmaq imkanı verilməyib və studio onu arxivləşdirərək sığorta ödənişi almağı üstün tutub. “Hazırda kontent o qədər pis vəziyyətdədir ki, filmi bazara çıxarıb rəqabət şansı verməkdənsə, onu ‘yandırmaq’ daha sərfəli sayılır. Hollivuda əxlaq yoxdur ”, — deyə Freyzer istehza ilə bildirib.

Aktor qeyd edib ki, belə bir addım bütün hörmətə baxmayaraq, özünü məhv etməyə bərabər bir strategiya sayıla bilər. Məlumata görə, “Yarasa qız”ın çəkilişləri 21 noyabr–22 mart tarixlərində Şotlandiyada aparılıb. Lakin post-prodakşn mərhələsində Warner Bros filmi əvvəlcədən planlaşdırıldığı kimi yayımlamamaq qərarına gəlib və layihəni proqramdan çıxarıb. Bu addım studiyanın avqust ayında istehsal xərclərini azaltmaq barədə verdiyi qərarla əsaslandırılıb.

“Onlar bütöv bir filmi silirlər və ‘yandırırlar’. Halbuki bizim Qlazqoda dörd mərtəbəli çəkiliş platformamız vardı”, — deyə Freyzer əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki