“Mundo Deportivo”nun məlumatına görə, Barcelona klubunun müdafiəçisi Ronald Araujo depressiya əlamətləri səbəbindən rəhbərlikdən əlavə vaxt istəyib. Futbolçunun yaxın günlərdə psixoloji durumunu yaxşılaşdırmaq məqsədilə İsrailə — Yerusəlimdəki xristianların müqəddəs ziyarətgahlarına yollanacağı bildirilir.
Korrekt.az xəbər verir ki, uruqvaylı müdafiəçi son həftələrdəki qeyri-stabil çıxışına və xüsusilə də “Çelsi” ilə keçirilən və 0:3 hesabı ilə başa çatan matçda aldığı qırmızı vərəqəyə görə ciddi narahatlıq keçirir. Araujo bu hadisədən sonra özünə gəlməkdə çətinlik çəkir və psixoloji dəstəyə ehtiyac duyur.
Klub rəhbərliyinin futbolçunun istəyinə anlayışla yanaşdığı, onun vəziyyətinin yaxşılaşması üçün bütün lazımi dəstəyi göstərdiyi qeyd olunur.





















