image-1backend

Müharibə uzansa, Azərbaycanda ərzaq bahalaşacaq — AÇIQLAMA

image-ads-728x90

İranın Bəhreyndə yerləşən Aluminium Bahrain (Alba) zavoduna endirilən zərbə Yaxın Şərqdə iqtisadi gərginliyi artırmaqla yanaşı, Azərbaycanın sənaye və ticarət əlaqələrinə də təsir göstərə bilər. Azərbaycan həm alüminium istehsalında, həm də ticarət yollarında regionla sıx bağlıdır. Belə bir hadisə tədarük zəncirlərində problemlər yaradaraq xam alüminium və ərzaq məhsulları kimi strateji malların qiymətini dəyişə, idxal-ixrac prosesinə təsir edə bilər.

Bu barədə iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib və bildirib ki, bu gərginliyin nə qədər davam edəcəyindən çox şey asılıdır:

“Təbii ki, baş verənlərin Azərbaycana da müəyyən təsirləri var. Amma nə qədər qəribə səslənsə də, bu təsirlər yalnız mənfi deyil, müəyyən müsbət tərəflər də mövcuddur. Məsələn, neftin qiyməti artarsa, bu Azərbaycana daha çox valyuta daxil olması deməkdir. Enerji ixracatçısı ölkə olaraq yüksək neft qiymətləri qısa müddətdə büdcə gəlirlərini və valyuta ehtiyatlarını artıra bilər. Lakin digər tərəfdən, Azərbaycan idxaldan ciddi şəkildə asılıdır. Logistik marşrutlarda yaranan problemlər, daşınma xərclərinin artması və ümumi qeyri-sabitlik ölkəyə gətirilən malların qiymətinin yüksəlməsinə səbəb ola bilər. Bu isə daxili bazarda inflyasiyanı gücləndirən amilə çevrilə bilər. Yəni vəziyyət ikitərəflidir və nəticə əsasən bu proseslərin nə qədər davam etməsindən asılı olacaq. Əgər hadisələr yaxın bir neçə həftə ərzində səngiyər və tam şəkildə həll olunarsa, həm dünya iqtisadiyyatına, həm də Azərbaycan iqtisadiyyatına təsirlər o qədər də böyük və uzunmüddətli olmayacaq”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki