image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

“Paşinyanın “qara siyahısı”: Köçəryandan sonra növbə II Qareginindir – Politoloq

image-ads-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan siyasi rəqiblərini sıradan çıxarmaqda israrlıdır. Əgər o, bu prosesdə məqsədinə nail olarsa, Ermənistanda mövcud problemləri öz istədiyi istiqamətdə həll etməyə və Azərbaycanla münasibətləri ən yüksək səviyyəyə çatdırmağa çalışacaq.

Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, Paşinyanın siyasi rəqibləri sırasında Robert Köçəryan və Serj Sarkisyandan sonra diqqət mərkəzində bəzi qüvvələri öz nəzarətində saxlayan din xadimləri dayanır.

“II Qaregin və kilsə ermənilərin həyatında mühüm amildir. Hərçənd, son illərdə onun nüfuzu müəyyən qədər aşağı düşüb, amma buna baxmayaraq, cəmiyyətdə ona ruhani kimi münasibət hələ də qalmaqdadır. Bu səbəbdən məsələyə hüquqi deyil, daha çox mənəvi prizmadan yanaşılır.  Ermənilər tarixən kilsəyə bağlı olublar. Paşinyan isə kilsənin dövlət siyasətinə müdaxiləsinə qarşı çıxır və Katolikos II Qareginin saxtakar olduğunu cəmiyyətə sübut etməyə çalışır. Yəni demək istəyir ki, sizin dəyər verdiyiniz Qaregin əslində fırıldaqçıdır, kilsə andını pozub və digər qanunsuz əməllərə yol verib. Bu baxımdan, Paşinyanın 2018-ci ildən başladığı prosesin məntiqi sonluğa çatdırılacağını düşünürəm”, – deyə politoloq bildirib.

Arzuman Muradlı qeyd edib ki, II Qareginin ağır cəzaya məruz qalması ehtimalı yüksək olmasa da, onun cəmiyyətdə nüfuzdan salınması prosesi davam edir.

“Kilsə və ya din xadimi əsasən ibadətlə məşğul olmalıdır. Lakin kilsənin rəhbərliyində olan şəxslər siyasətə və maliyyə məsələlərinə müdaxilə ediblər. Bundan əlavə, din xadimi sülhə çağırmalıdır. II Qaregin isə erməniləri uzun illərdir savaşa səsləyir”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki