image-media-1-9ijnzoms1kgyle8axvh6-620x326backend

Politoloq: “Kreml Azərbaycanın sülh addımlarını təxribatlarla əngəlləməyə çalışır”

image-ads-728x90

” Azərbaycanın Ermənistanla yekun sülh sazişi istiqamətində atdığı addımların, xüsusilə də regionda gərginlik yaradan xarici qüvvələri, o cümlədən Rusiyaı ciddi şəkildə təşvişə salıb.”- bu fikirləri  politoloq Arzuman Muradlı bildirib.

image-2

Politoloqun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması, Kremlə olan asılılığın sona çatması deməkdir.

“Bu səbəbdən də Moskvanın regionda oynadığı rolu itirməmək məqsədilə daha aqressiv və məkrli siyasət yürütməyə başlayıb. Kreml artıq Qafqazdakı təsir imkanlarını getdikcə itirir və buna görə də, Azərbaycan rəhbərliyinə və onun ailəsinə qarşı müxtəlif çirkin təxribatlara əl atır.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq bu təxribatların əsasən yalan və dezinformasiya üzərində qurulduğunu, vətənə qarşı aparılan bu kampaniyaların arxasında isə Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını bildirib.

“Azərbaycanın müstəqil xarici siyasətinin qarşısını almağa yönəlmiş bu cür təxribatların, xalqımızın iradəsini sarsıtmadığını və dövlət maraqlarını qorumağa olan bağlılığı gücləndirdirib. Xalqın hər zaman bu kimi xain oyunları ifşa edərək, dövlətimizin suverenliyini qorumağa müvəffəq olub, kənar müdaxilələrin isə heç bir zaman məqsədinə çatmayıb.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq dövlət atributlarını və milli maraqları qorumağın hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu söyləyib və belə məkrli addımların hər zaman iflasa uğrayacağına əmin olduğunu əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki