image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Politoloq: “Rusiyalı jurnalistlərin Azərbaycana qarşı təhdid ritorikası Kremlin göstərişi ilə həyata keçirilir”

image-ads-728x90

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı jurnalistlərin Azərbaycan tərəfindən axtarışa verilməsi ilə bağlı açıqlamasında bildirib ki, həmin şəxslərin mövqeyi Moskvanın Bakıya münasibətdə rəsmi mövqeyini əks etdirmir.

Zaxarovanın sözlərinə görə, adıçəkilən şəxslərin fikirlərinin Rusiya hökumətinin siyasəti ilə heç bir əlaqəsi yoxdur.

Politoloq Arzuman Muradlı isə Zaxarovanın açıqlamasını şərh edərkən bunun əslində Kremlin mövqeyini pərdələməyə yönəlmiş yanaşma olduğunu bildirib.

“Bu, əslində Kremlin mətbəxində hazırlanmış bir proqram idi. Zaxarova sadəcə bu açıqlaması ilə Kremlin bu hadisədən bixəbər olmasını göstərməyə çalışır. Rusiyada heç kim Kremlin göstərişi olmadan Cənubi Qafqazla bağlı təhdid ritorikasından çıxış edə bilməz”, – deyə politoloq bildirib.

Arzuman Muradlının sözlərinə görə, Rusiya mediasında müxtəlif dövrlərdə Azərbaycana qarşı təxribat xarakterli kampaniyalar aparılıb.

“Vətən müharibəsi gedən ərəfədə Rusiya mediasının böyük hissəsi Azərbaycana qarşı təxribatçı və həqiqətə uyğun olmayan informasiyalar yaymaqla məşğul idi. O zaman da Kreml özünü proseslərdən kənarda göstərirdi. Amma reallıq budur ki, bu cür təxribatlar birbaşa Kremlin göstərişi ilə həyata keçirilir”, – deyə Muradlı vurğulayıb.

Politoloq hesab edir ki, Moskvanın bu kimi hallarda rəsmi strukturların mövqeyini media və ayrı-ayrı şəxslərin açıqlamalarından ayırmağa çalışması yeni yanaşma deyil. Onun fikrincə, Cənubi Qafqazla bağlı yayılan təhdid xarakterli mesajların arxasında siyasi iradənin olub-olmaması məsələsi ayrıca qiymətləndirilməlidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki