image-1backend

“Qarabağ”ın qapıçısının üç qurtarışı ən yaxşılar sırasında -VİDEO

image-ads-728x90

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin üç seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

VİDEO

25 yaşlı qolkiperin İtaliyada “Napoli” ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də “6-lığ”a düşüb.

Avropa futbol qurumu paylaşımda “Qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?” deyə sorğu da başladıb.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin V turunda “Neapol” klubuna 0:2 hesabı ilə uduzub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki