Korrekt.az “Marca”-ya istinadən xəbər verir ki, İspaniya çempionatının 19-cu turunda “Atletik Bilbao”ya qarşı təxirə salınmış və “Real Madrid”in 3:0 hesablı qələbəsi ilə başa çatan matçda İspaniya ikincisi “Real Madrid”in ingilis müdafiəçisi Trent Alexander-Arnold və fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa zədələnib.
55-ci dəqiqədə Aleksandr-Arnold, 69-cu dəqiqədə Kamavinqa əvəzlənib.
Bu gün onlar tibbi müayinədən keçəcəklər, bundan sonra diaqnoz və sağalma müddəti bəlli olacaq.





















